Bakılı erməni nazirə cinayət işi açıldı - TƏCİLİ

Baxış sayı:
5581

 Rusiya Federasiyası İstintaq Komitəsində Ukrayna Daxili İşlər naziri Arsen Avakova cinayət işi açılıb.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O bildirib ki, Avakov Rusiyada keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur: "O, Ukraynadakı Rusiya vətəndaşlarının səfirlikdə açılmış seçki məntəqəsinə girməsinə maneçilik törədib".
Qeyd edək ki, Ukraynanın yeni müvəqqəti daxili işlər naziri Arsen Borisoviç Avakov 1964-cü ilin yanvarın 2-də Bakının Binəqədi (keçmiş Kirov-red.) rayonunda hərbçi ailəsində anadan olub. O, 1988-ci ildə Xarkov Politexnik İnstitunu bitirib.
1992-ci ildə onun rəhbərliyi ilə “Bazis” bankı yaradılıb. 2002-ci ildə Xarkov şəhər Şurasının üzvü seçilib, 2004-cü ildə isə Viktor Yuşenkonun Xarkov bölgəsi üzrə regional qərargahının rəhbərinin müavini olub.
2005-2010-cu ildə isə Xarkov əyalətinin rəhbəri olub.