BAKIDA ŞOK: 81 yaşlı qadının brilyant üzüyünü barmağından çıxarıb qaçdılar

Baxış sayı:
5692

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət ediblər.
 
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1-də baş verib.
 
Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.
 
Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.
 
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.