Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı - VİDEO

Baxış sayı:
2371

Bakıda avtomobildən özünü yola atan gənc xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs Zığ qəsəbəsindəki magistral yolda hərəkətdə olan avtomobildəki sərnişinlərlə əvvəlcə mübahisə edib, sonra özunü avtomobildən yola atıb. O, xəsarət alsa da, ayağa qalxıb və yolun əks istiqamətinə qaçıb.