​Bakıda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Baxış sayı:
3633

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, yanvarın 5-i saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Kənan Vəliyev idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Mirhadıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.