Bakıda 19 yaşlı qız itkin düşüb

Baxış sayı:
14632

Yasamalda 19 yaşlı qız itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına qızın anası Xanbabayeva Kifayət Xanbaba qızı məlumat verib.
Belə ki, aprel ayının 13-də evdən çıxan 2000-ci il təvəllüdlü Xanbabayeva Türkan İsmayıl qızı Paytaxtın Yasamal rayonunda saat 19 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. 
Faktla bağlı araşdırma aparılır.