Bakı metrosunda 21 yaşlı gənc İNTİHARA CƏHD ETDİ

Baxış sayı:
6670

"Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.
"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq qatarın gəlməsini gözləyib.
O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a faktı təsdiqləyib.