BƏƏ, Misir və Səudiyyə Ərəbistanının hiyləgər Türkiyə planı! - TƏHLİL

Baxış sayı:
3307

 ABŞ-ın Körfəzdəki kuklaları BƏƏ, Misir və Səudiyyə Ərəbistanının növbəti təxribatı olaraq hədəfi Liviya oldu. Əlcəzair və Sudanı da dizayn edərək neo-diktatorluq rejimi üçün zəmin hazırlama arzusunda olan üçlü şər cəbhəsinin məqsədi isə Türkiyənin Afrikada güclənən nüfuz dairəsini qırmaqdır.
 
Liviyanın paytaxtı Tripolidə bəzi bölgələr general Hafter rəhbərliyindəki Milli Ordu tərəfindən ələ keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmət Partiyasının baş katibi Həsən əl Dıggi ABŞ-ın BƏƏ rəhbərliyi, Misir və Səudiyyə Ərəbistanının əli ilə yeni bir fəlakət planının dövriyyəyə buraxıldığını deyib.
Əl Dıggi general Hafterin hərəkat planının “Black Water” tərəfindən hazırlandığını və həyata keçirilməyə çalışılan hərbi çevriliş prosesinin pərdə arxasında Amerikalı Erik Prins-in olduğunu, əməliyyat xərcinin isə Səudiyyə və BƏƏ tərəfindən qarşılandığını bildirib. El-Dıggi, "Liviya, Əlcəzair və Sudanda baş verən proseslər bölgə miqyasında yayılmaq, istənilən yeni bir fəlakət layihəsinin hazırlıq mərhələsidir” deyib.
 El-Dıggi, "ABŞ, Avropa İttifaqı və Körfəz ittifaqı ilk öncə Suriya İnqilabı kimi Liviya xalqının ayağa qalxmasını da uğursuzluğa məhkum etməyi hədəfləyir. Sonra isə Müsəlman xalqların azadlıq tələblərinə ağır bədəllər ödətdirən Misirin çevrilişçi lideri Abdülfettah el-Sisi, BƏƏ vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və general Hafter kimi neo-diktatorluq tətbiqini genişləndirmək istəyir” deyə söyləyib.
Həsən əl Dıggıyə görə, general Hafter xalq iradəsinə qarşı qoyulan sadə bir fiqurdur. Hafterə lojistik dəstəyi təmin edən ən əhəmiyyətli mərkəzin BƏƏ-dəki Serbinya Hərbi Bazası olduğunu qeyd edən Dıggi, Misirin Siva bölgəsi və Çadda yaradılan digər iki bazanın da Hafterin ordusuna dəstək verdiyini deyib.
 Türkiyənin Afrika siyasəti bir neçə ildə böyük nəticələr verdi. Başda Sevakin adası olmaqla, bir çox nailiyyət əldə edilib. Ankara bu diplomatiya ilə ciddi mənada siyasi, iqtisadi, coğrafi nailiyyətlər əldə edib. Sudan, Liviya və Əlcəzairdə olanlar eyni zamanda Türkiyənin nüfuz dairəsinə bir təcavüzdür. Türkiyə-Qətər tandemini əhatə etməyə çalışırlar. Sudana qarşı ən böyük təzyiq BƏƏ-dən gəlir. Bin Zayed rəhbərliyi Ömər Bəşirə siyasi, iqtisadi fövqəladə şantaj və təzyiq göstərir. Başda Fransa olmaqla, bir çox Avropa ölkəsi də Türkiyənin bu böyüməsindən narahatdır. Bu səbəbdən də Körfəz ilə birlikdə hərəkət edirlər. Sudan kəşfiyyatının rəisi Saleh Ghoş 2011-ci ildə Ömər Bəşir tərəfindən vəzifədən alınmışdı.
Ancaq yeni dövr prosesləri və BƏƏ-nin təzyiqi ilə 2018-ci ilin dekabr ayında yenidən vəzifəyə qaytarılıb. Tamamilə ABŞ və Körfəz mənfəətlərini təmin etmək üçün ortaya atılan bu şəxs Türkiyə əleyhdarlığını təşkil və idarə edən şəxsdir. Saleh Ghoş-un vəzifəyə qaytarılması eyni zamanda xalq üzərində törədiləcək terrorun də əyani göstəricisidir. Liviyada mövcud olan və son illərdə daha çox təkan qazanan Türk təsiri onsuz da bilinən bir gerçəkdir. Mərakeş və Əlcəzairdə də Ərdoğan hakimiyyətinin İraq, Suriya, Misir, Liviya və Tunisdə xalqların yanında dayanma siyasətindən dolayı fövqəladə güc qazanan mərkəz Ankaradır. Qərb paytaxtları və yerli kuklalarının hesaba almadığı çox mühüm bir məqam var. Rəcəb Tayyib Ərdoğan dövründə təqib edilən strategiya rejimlərlə deyil, xalqlarla möhkəm əlaqələr qurmaq istiqamətində oldu. Elə bu səbəbdən yekun olaraq qazanan, heç şübhəsiz qardaşlıq körpüləri quran Türkiyə olacaqdır.
Müxalifət.az