BƏƏ koordinatları verdi! Peyk telefonları ilə qətlə yetirildilər

Baxış sayı:
6388

Suriyada vətəndaş müharibəsinin başladığı ilk günlərdə bağladığı Dəməşq səfirliyini yenidən açan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Suriyalı müxalif liderlərin öldürülməsində Əsədlə əməkdaşlıq edib.
 
Suriyada rejim bombardmanları ilə şəhid olan İslam Ordusu komandanı Qəmin Alluş, Ahraruş Dəməşq liderlərindən Həsən Abud, Xalid el-Suri, Liva Tövhid komandanı Əbdülqadir Saleh kimi müxalif liderlərin yerləşdiyi mövqe məlumatları BƏƏ və Səudiyyə tərəfindən Əsədə sızdırılıb. Hələbdə qurucu komandan Məhəmməd Süleymanı şəhid verən Türkmən qrup Məhəmməd Fateh Briqadasının komandiri Mahmud Süleyman, 2012-2014 dekabrında BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən cəbhəyə yüzlərlə peyk telefonu gətirildiyini qeyd edib. “Yeni Şəfəq” qəzetinə açıqlama verən müxalif komandir, "BƏƏ və Səudiyyə tərəfindən qrup komandirlərinə verilən BƏƏ istehsalı “Thuraya” və İngilis istehsalı “Inmarsat” peyk telefonlarının şifrələri Əsəd rejimi ilə paylaşılıb və onlarla müxalif komandan bu kəşfiyyat paylaşmasına görə öldürüldü" - deyib. 2012-2014 illər arasında 80-ə yaxın müxalif liderin bu şəkildə şəhid edildiyi dilə gətirilir.
 
İNDİ AÇIQDAN OYNAYIR
 
Suriyalı müxalif kürd qruplardan Səlahəddin Əyyubi Briqada liderlərindən Əmir Mala da 2013-ci ildə şəhid olan müxalif şəxslər arasında yer alır. Eyni briqadanın komandirləri arasında Əbu Firas, 2013-də onlara BƏƏ tərəfindən verilən peyk telefonlarından ciddi şübhə etdiklərini söyləyib. Cəbhəyə gətirilən zirehli avtomobillərin içinə də BƏƏ tərəfindən izləyici qurğular (çiplər) qoyulduğunu bildirən Firas, BƏƏ-nin 2015-dən sonra da PKK-ya böyük miqyasda dəstək verməyə başladığına diqqət çəkərək, "2018-ci ilin sonunda BƏƏ artıq açıqdan oynayır. Əvvəllər özlərini gizlədirdilər, ancaq artıq açıq olaraq Əsəd və PKK-nı dəstəklədiklərini deyirlər" deyə söyləyib.
 
20 milyard dolları BƏƏ-yə qaçırdı
 
Bəşşar Əsəd 2011-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə 20 milyard dollar qaçırıb. Suriyalı 3 iş adamınn adına açılan hesablarda saxlanılan pul BƏƏ qoruması altında saxlanılıb. Əsədin anası Enisə və bacısı Büşra Əsəd də 2012-ci ildə BƏƏ-yə qaçdı və xaricdəki pulların bir qismi bu iki şəxsin adına keçirilib. Suriyalı jurnalist Fuad Abdulaziz Zaman el-Vasıl bir xəbər saytında dərc etdirdiyi hesabata görə, Suriya müharibəsinin başlamasından bəri ikiüzlü davranan BƏƏ rəhbərliyi, bu prosesdə Suriya Müvəqqəti Hökuməti və SMDK nəzdindəki şəxslər də müxtəlif məqsədlərlə istifadə edilməsində rol aldı. Abdulaziz bir çox müxalif bölgənin təslim olmasında Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin fəal töhfəsi olduğunu bildirib.
Müxalifət.az