AzTV-nin baş redaktoru da koronavirusdan dünyasını dəyişdi - DÖVLƏT TELEKANALINDA İKİNCİ ÖLÜM FAKTI

Baxış sayı:
368

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19-un qurbanı olub.

Onun vəfat etməsi ilə bağlı xəbəri jurnalist  Elçin Mirzəbəyli şəxsi Facebook hesabında yayıb.

Məlumata görə, E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilibmiş.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də şəhər xəstəxanalarının birində koronavirusdan dünyasını dəyişmişdi.