​Azərbaycanlılardan antitürk qüvvələrə mesaj - Foto

Baxış sayı:
1969

İranın Gilan əyalətində yaşayan azərbaycanlılar rejimin assimilyasiya siyasətinə qarşı mübarizələrini davam etdirirlər.
Muxalifet.az xəbər verir ki, Gilan əyalətinin türk bölgəsindən olan soydaşlarımız bir neçə pankart nümayiş etdirərək, İranda antitürk qüvvələrə ciddi mesaj ünvanlayıblar.
Soydaşlarımız Azərbaycan və türk millətinə mənsub olduqlarını, bundan heç vaxt vaz keçməyəcəklərini “Biz Gilan türkləri “Traktor” komandasının eşqi ilə yaşayır və Azərbaycan eşqi ilə nəfəs alırıq” şüarı ilə diqqətə çatdırıblar.