“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...” - TÜRKİYƏLİ ANALİTİK QARABAĞ ƏTRAFINDA BAŞ VERƏNLƏR HAQDA

Baxış sayı:
1912

Ermənistan Livan ermənilərini işğal altında saxladığı Dağlıq Qarabağa və ətraf rayonlara yeləşdirməklə işğalı ilhaqa çevirmək istəyir.

Virtualaz.org xəbər verir ki, bu haqda türkiyəli təhlükəsizlik eksperti Şafak Mert “Cümhuriyyet” qəzetinə açıqlamasında danışıb.

Ekspert deyib ki, avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Ermənistan livanlı ermənilərin Yerevana daşınmasını təşkil edib. Bu yolla Nikol Paşinyan Ermənistanın azalmaqda olan əhalisini xaricdən gətirilən ermənilər hesabına artırmağa çalışır. Lakin narahatlıq doğuran budur ki, həmin ermənilərin bir qismi işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilir.

“Paşinyanın yürütdüyü siyasət Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaqdır. Dağlıq Qarabağa Livandan, daha əvvəl isə Suriyadan gətirilib yerləşdirilən ermənilər Paşinyanın Qarabağın işğalını ilhaqa çevirmək siyasətinin alətidir”,-Şafak Mert deyib.

Ekspert onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında son vaxtlar dərinləşən hərbi müttəfiqlik Ermənistan üçün kabus ssenarisi olmalıdır. Və buna cavab olaraq Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşlığının ona heç bir faydası olmayacaq.