Azərbaycanın hava limanları bu tarixə qədər bağlı qalacaq
4-06-2020 17:23
Baxış sayı:
1843

Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.
Muxalifet.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.