Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT
24-05-2020 22:04
Baxış sayı:
2902

Bu gün Azərbaycanda daha 5672 nəfər koronavirus testindən keçib.
APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, COVID-19 üçün ümumilikdə 270 739 nəfərdən test götürülüb. Reanimasiyada olan xəstə sayı 56, süni tənəffüs cihazında olan xəstə sayı 11 nəfərdir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 4122, virusdan ölənlər 49, sağalan xəstə sayı 2607, aktiv xəstələrin sayı isə 1466 nəfərdir.