Azərbaycanda koronavirus testləri niyə 130 manatdır? – Aslan İsmayılov: “Bu, xalqa, dövlətə xəyanətdir”

Baxış sayı:
505

“Dəfələrlə ölkədə keçirilən koronavirus testlərinin qiymətləri ilə bağlı fikir bildirmişəm. Bu günlərdə bir araşdırma apardım. Rusiyada bu testlər bizim pulla təxminən 10 manat, Türkiyədə isə 15-25 manat arasıdır (Hava limanında 16, xəstəxanalarda isə 11 dollardır). Azərbaycanda isə bu testlərin keçirilməsi 100-130 manatdır. Əvvəllər dediklərimi bir daha təkrarlayıram: Bunun adı acgözlük yox, xalqa, dövlətə xəyanətdir!”.

Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bu dönəmdə də qazanc güdmək, acgözlük göstərmək həyasızlıqdır: “Onsuz da bu səhiyyə bizi talan edib, insanlarımızı şikəst edib, Allahın ümidinə buraxıb. Varlılar müalicə üçün Avropa, ABŞ-a, ortabablar Türkiyəyə, İrana gediblər, kasıblar isə sadəcə ölümlə üz-üzə buraxılıblar. İllərdir səhiyyədə olan vəzifəlilər, işbazlar milyardlar talayıblar. DTX-nın əsl getməli yerləri də məhz oradır. Hakimiyyətdəkilərdən bir daha xahiş edirəm ki, əgər bu işlərə bu gün də şərik deyillərsə, bu biabırçılığı təcili aradan qaldırsınlar. Testlərdə, dərmanlarda nəfsini saxlaya bilməyib qazanc güdən acgözləri bu sahədən uzaqlaşdırsınlar. Bu hal uzun müddət davam edə bilməz. Elə etməyin ki, sonra “daldan atılan daş topuğa dəyər” ifadəsini dönə-dönə təkrarlamayasınız…”/Pravda