​Azərbaycanda ermənilərə vətəndaşlıq verilir? - SENSASİON İDDİA

Baxış sayı:
7650

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov sensasion müraciət yayıb. Birlik sədrinin müraciətini olduğu kimi dərc edirik:
"Gözünüz aydın", qəflət yuxusunda yatan millətim!!! Son zamanlar erməni millətindən olan çoxsaylı ermənilər Azərbaycan vətəndaşlığına qəbul olunmaları üçün Azərbaycanın aidiyyatı orqanlarına müraciətlər ediblər. Onların müraciətləri aidiyyatı orqanlar tərəfindən qəbul olunub və müsbət dəyərləndirilib!!!
Bu da onu deməyə əsas verir ki, Ermənistan höküməti erməni xalqını yeni işğalçılıq müharibəsinə hazırladığı halda, Azərbaycan höküməti isə 30 ildir torpaqları işğal altında inləyən, 5000-ə yaxın qız-gəlini, vətəndaşı erməni əsirliyində kölə kimi saxlanılaraq min-bir işgəncə görən, on minlərlə vətəndaşları ermənilər tərəfindən vəhçicəsinə qətlə yetirilərək, soyqırıma uğradılmış, milyonlarla vətəndaşları tarixi yurdlarından ermənilər tərəfindən zorakılıqla qovulun, deportasiyaya və soyqırıma məruz qoyularaq, qaçqın və məcburi köçkünə çevrilmiş, məhrumiyyətlər yaşamış Azərbaycan xalqını şərəfsiz bir sülhə hazırlayır!!!
Mənim bildiyim qədər bu şərəfsiz sülh razılaşmasında diqqət çəkən və gizli saxlanılan məqam, bu gün artıq bəzi detalları görünməyə başlayan, Azərbaycanlı qaçqın və məcburi köçkün statusunda olan əhalinin erməni işğalı altında olan 4-5 rayona qaytarılması müqabilində, Bakıdan məlum hadisələr zamanı köçüb getmiş yüz minlərlə erməni əhalinində geriyə Bakıya qayıtmalarının və Bakıda yaşamaları üçün şəraitin yaradılmasından ibarətdir!!! İndi anlaşılır ki, Bakıda və Bakı ətrafında salınmış çoxsaylı qəsəbələrdə mənzillə təmin edilmiş məcburi köçkünlər nə üçün həmin mənzillərə qeydiyyata salınmırlar və o mənzillərin onlara məxsus olduğunu göstərən müvafiq sənədləri, kupçaları onlara niyə vermirlər???

Rizvan Talıbov
Bu məsələlərdən və gedişatdan anlaşılan odur ki, 4-5 rayona qaytarılacaq məcburi köçkünlərin həmin qəsəbələrdəki mənzilləri, Azərbaycana qaytarılacaq ermənilərə hədiyyə olaraq veriləcəkdir və onların yenidən Bakıda və Bakı ətrafında məskunlaşıb,yaşamaları təmin ediləcəkdir!!! Ermənilərə Qarabağ uğurunda aparılan müharibə zamanı məruz qaldıqları maddi-mənəvi itkilərinə görə,böyük məbləğdə təzminatlarında verilməsi istisna deyil!!!
Qəflət yuxusunda yatan millətim, alın, bu da sizlərə ermənipərəst Rusiyanın, Avropanın, ABŞ-nın vəd etdiyi, Azərbaycan xalqının hazırlaşdırıldığı sülh razılaşması!!! Mən vicdanımın səsi ilə,eşitdiklərimi, duyduqlarımı,bildiklərimi yazdım,nə etməli olduğunuza isə özünüz qərar verin, Azərbaycanın qaçqın və məcburi köçkünləri, hələ oyaq qalmış, qeyrətini itirməmiş, qeyrətli vətəndaşları!!! Hər bir vicdanlı Azərbaycan vətəndaşları!!!”/Hurriyyet.org