Azərbaycanda BELƏ TOY OLMAMIŞDI - Bəy-gəlinin qarşısında çimdilər - VİDEO

Baxış sayı:
681

Azərbaycanda baş tutan toy məclisi qəribə olayla yadda qalıb.
Milli.Az xəbər verir ki, hovuz kənarında gerçəkləşən məclis zamanı görməyə alışmadığımız hadisə baş verib. Toya gələn kişi qonaqlar saz havası zamanı özlərini hovuza ataraq çimə-çimə rəqs ediblər. 
Saz ifa edən Aşıq Daşqın Gəncəli isə mətbuata həmin görüntülərin toy məclisində qeydə alınmadığını deyib:
"Toy deyildi. Normal yığıncaq - "Ciyər axşamı" (Toydan bir gün öncə keçirilən məclis - red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur".
Qeyd edək ki, sosial şəbəkədə D.Gəncəli haqda da belə bir şəraitdə aşıq musiqisi ifa etdiyi üçün tənqidlər yazılıb.
Bu kadrlar sosial şəbəkələrdə qısa zamanda sürətlə yayılıb: