Azərbaycan bu ölkə üçün diplomatlar hazırlayacaq

Baxış sayı:
7513

Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil almaları üçün Azərbaycan hər il Tacikistan vətəndaşlarına beş kvota, eləcə də tacikistanlı diplomatların hazırlanması üçün altı kvota ayıracaq.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı saziş aprelin 25-i Tacikistan Xarici İşlər Nazirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası arasında imzalanıb.
İmzalanma mərasimindən sonra Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev arasında görüş baş tutub.