Axtarış
The search found 105741 results in 0.008 seconds.
Search results
DTX rəisi: "Bu xəyanətkar şəbəkə orduda 1988-1990-cı illərdən kök atıb"
"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi.
Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.Muxalifet - 19-05-2017
Ucar sakinlərinin su problemi – İDARƏ MÜDİRİ ŞƏHƏRİN SUYUNU KƏSİR, SONRA MAŞINLARLA ƏHALİYƏ SU SATIR
Ucar rayonunun bir qrup sakini tərəfindən tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər deyirlər ki, Ucar şəhərində içməli su günlərdir verilmir: “Səbəb kimi ana boruda qəza olması göstərilsə də, əslində Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun kommersiya maraqlarına görə qəsdən sular kəsilib. Çünki içməli su Asif Şirinovun su maşınları ilə əhaliyə satılır. Bu adam Ucar Su Knal İdarəsinə müdir vəzifəsinə təyin olunandan ucarlılara su zülümü yaşadır. Havalar istiləşən kimi müxtəlif bəhanələrlə suyu kəsib su satışına start verir.
Muxalifet2 - 19-05-2017
Yüzlərlə bakirə qız 14-cü arvad olmaq üçün yarışır - FOTO
Afrikanın ən kasıb ölkələrindən olan Svazilenddə hər il ənənəvi olaraq keçirilən "Reed Dance" adlanan günlər başlayıb.
Milli.Az xarici KV-ə isinadən xəbər verir ki, burada yüzlərlə bakirə qız kralın həyat yoldaşı olmaq üçün yarışır. Kralın arvadı olmaq istəyən 30 mindən çox bakirə gənc qız rəqs üçün növbə gözləyir.
Kral 3-cü Msvati ənənəvi "Reed Dance"də əsgərləriylə birlikdə bakirə qızların qarşısında rəqs edir.
8 gün davam edən bu mərasimdə hazırda 13 həyat yoldaşı olan kral istədiyi qızı özünə arvad olaraq seçə bilər.Muxalifet2 - 19-05-2017
Hacıbala Abutalıbov gənc qıza: "DAYAN DA, 7 AYLIQSIZ?"
Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində iki il ötür.
Məlumat üçün bildirək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı. Bu hadisədə təqsirkar, bir sıra məmurlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da ittiham edilirdi.
Hacıbala Abutalıbovun indiyə qədər heç yerdə yayılmayan səs yazısını oxuculara təqdim edir. Həmin qeyddə şəhər meri baş verən hadisədən dərindən üzüldüyü və bu hadisənin onun yaddaşında ömrünün sonunadək faciə kimi qalacağını deyib.Muxalifet2 - 19-05-2017
Söyün Sadıqov: “Rusiyada Abbas Abbasovun nüfuzu qalmayıb” — QALMAQALLI AÇIQLAMA
“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinin arxasında siyasi məqsədlər dayanır”.
Bunu “Ölkə.Az”-a müsahibəsində Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov bildirib.
S.Sadıqov təşkilatın ləğv edilməsində ÜAK-ın rəhbərliyinin məsuliyyətsizliyi və səhlənkarlığının da olduğunu diqqətə çatdırıb:Muxalifet - 19-05-2017
“Qurtuluş savaşı başladığı gün mən doğuldum” - ATATÜRK
Bir an tək qaldım və düşündüm. Bu dəqiqə düşmənlərimin (Padişah Vəhdətdin nəzərdə tutulur-red.) əlindəydim. Mənə istədiklərini edə bilərdilər, – başımda bir şimşək çaxdı, - tuta bilərlər, sürgün edə bilərlər, lakin öldürmək... Bunun üçün məni Qara dənizin coşqun dalğaları arasında yaxalamaq lazımdır.
Bu sözləri Mustafa Kamal Atatatürk İzmirin işğalına başlanandan və Osmanlı dövlətinin buna seyrçi mövqedə qalmasından bir gün sonra Samsuna gəmiylə getmək qərarı verdiyi gün dostunun “Səni Qara dənizdə batıracaqlar” sözünə cavab olaraq demişdi.Muxalifet - 19-05-2017
Tramp Putinin ABŞ-dakı casusudurmu? – KONFLİKTOLOQDAN AÇIQLAMA
"Vaşinqtondakı isteblişment Donald Trampın Rusiyanın casusu olduğu haqda yazılar yazıb rəy yaratmaqla onu ləkələməyə çalışırlar".
Bu sözləri Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev ABŞ Maliyyə Nazirliyi tərəfindən Trampın Rusiya ilə gizli əlaqələrini araşdırmaq üçün məlumatları Konqresə göndərməsinə münasibət bildirərkən deyib.Muxalifet - 19-05-2017
ZİYA MƏMMƏDOVUN DAHA BİR TİCARƏT MƏRKƏZİNƏ ƏL QOYULUR
Hacıbala Abutalıbov və Saleh Məmmədov keçmiş nazirin Füzuli Meydanındakı ticarət mərkəzinə göz dikiblər
Bakı şəhər meriyası və “Azəravtoyol” şirkəti yeraltı keçidlərə sahib çıxmaq üçün monopolist siyasət yürütmək taktikasına üz tutublar
Yeraltı keçidlərdəki ticarət şəbəkələri yeni problemlər məngənəsində
Muxalifet3 - 19-05-2017
"Əsl müharibə hələ qabaqdadır" - “WİKİLEAKS”İN QURUCUSU
“Wikileaks” sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır”
“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, bu sözləri qalmaqallı “Wikileaks” saytının banisi Culian Assanj İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən səsləndirib.Muxalifet - 20-05-2017
Eşşəklərin dərisini soyub Çinə satırlar, ətini isə... - ŞOK FAKTLAR
Eşşəklərn sayının sürətlə və müəmmalı şəkildə azalması, yaxud ət-eşşək ətinin kolbasa sexlərinə verilməsi təkcə Azərbaycanda müzakirə olunan məsələ deyil.
“Azadlıq” radiosunun tacik xidmətinin məlumatına görə Orta Asiyanın yoxsul ölkəsi Tacikistanda da eşşəklərin yoxa çıxması halları artıb.
Tacikistan sakini Gülümşoh Şərbətova iki aydır ki, eşşəyinin üzünü görmür. Başqa vaxt bundan çox da narahat olmazdı. Ancaq indi xəbər yayılıb ki, Tacikistanda ulaqlar ölü tapılır. Onların başsız və dərisi soyulmuş cəmdəyi çürüməyə buraxılır.Muxalifet - 20-05-2017
“Məxfi əməkdaşların adını açıqlayanlar qanun qarşısında cavab verməlidir” – KEÇMİŞ MTN ZABİTİ
Sülhəddin Əkbər: “Xüsusi xidmət orqanlarının məxfi əməkdaşları, yəni agentura əməliyyat işi dövlət sirridir”
Muxalifet2 - 20-05-2017
“Borcunu ödəyə bilməyən özünü müflis elan edə bilər” – ƏKRƏM HƏSƏNOV
“Qanunvericiliyimiz hər bir vətəndaşın özünü müflis elan edərək borclardan yaxa qurtarmasına imkan verir”
Muxalifet2 - 20-05-2017
İlkər Başbuğ həbslərə etiraz etdi - "ANLAMIRAM VƏ DOĞRU SAYMIRAM"
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ "Sözçü" qəzetində aparılmış həbslərə münasibət bildirib.
Türkiyə mediası xəbər verir ki, istefada olan general Tvitter hesabında belə yazıb: "Sözçü" qəzetinə qarşı ediləni anlamıram və doğru saymıram".
Türkiyədə hüquq-mühafizə orqanları "Sözcü" qəzetinə qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində qəzetin sahibi Burak Akbay, internet üzrə məsul müdiri Melda Olgun, maliyyə məsələləri üzrə müdiri Yonca Kaleli və müxbir Gökmen Ulu həbs ediliblər.Muxalifet - 20-05-2017
Blogerin həbsxanada əməliyyat olunması məsləhət bilinmir - "GƏLƏCƏKDƏ ZƏRURƏT YARANARSA..."
Həbs cəzası çəkən bloger Mehman Hüseynov Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin mütəxəssisləri tərəfindən müayinə olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqova Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovun göndərdiyi məktubda deyilir.
Məktubda iddia olunur ki, Hüseynov azadlıqda bud səthindəki venaların genişlənməsinə düçar olub və bu, gündəlik həyatda "problem yaratmır".
"Gələcəkdə zərurət yarandığı halda M.Hüseynova lazımi tibbi xidmət göstəriləcək", deyə Qurbanov yazır.Muxalifet - 20-05-2017
BİLƏSUVARDA DƏHŞƏT: Həyat yoldaşı ilə əlbir olub atasını öldürdü
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb. Kənd sakini Rahib Təzəbəy oğlu Rəsulov həyat yoldaşı Məleykə Rəsulova ilə birlikdə atasını öldürüb.
Qadın saxlanılıb, R. Rəsulovun axtarışları davam edir.Muxalifet - 20-05-2017
“Terroru dəstəkləməyən hər cür fikrə qapımız açıqdır” - Ərdoğan
Fransanın yeni Prezidenti Makron haqqında təhqir yazan jurnalisti həbs etdilər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Axı niyə onlar eləyəndə yaxşı olur, biz eləyəndə pis?! Biz terror təşkilatlarını mədh edən mətbuat orqanlarını cəzalandırırıq. Terrorçuları dəstəkləməyin mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur. İnciməsinlər, söz azadlığı altında terror təbliğatı ilə məşğul olanlara göz yummayacağıq. Terroru dəstəkləməyən hər cür fikrə qapımız açıqdır”, - Ərdoğan bildirib./Axar.azMuxalifet - 20-05-2017
Trampın xanımı Ağ Evin sözçüsündən narazıdır - "HAMI ONUNLA MARAQLANIR..."
Melanya hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla
ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin öz işinin öhdəsindən gələ bilməməsindən narahatdır.
Muxalifet.az xəbər verir ki, bu barədə "Politico" xanım Trampla mütəmadi təmasda olan xarici müşavirə istinadən xəbər verib.
"O, çox narahatdır ki, Spayser işinin öhdəsindən gələ bilmir. Spayser prezidentin qorunması üçün səy göstərmir" – deyə müşavir bildirib.Muxalifet - 21-05-2017
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edib
Azərbaycan Prezidentini Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfər edib.
Ər-Riyad şəhərinin “King Salman Air Base” hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.Muxalifet - 21-05-2017
Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində
Xəbər verildiyi kimi, ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. O, Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən onun biznes sövdələşmələrini araşdıracaq. Virtualaz.org xəbər verir ki, Amerika mediası Robert Müllerin təhqiqat hədəfində Azərbaycanın bir vaxtlar ən qüdrətli klanlarından olan Məmmədovlar klanı ilə Bakıda “Trump Hotel”in açılmasına dair qalmaqallı sövdələşmə də yer alır.
Muxalifet2 - 21-05-2017
Tatlısəs 13 milyondan imtina etdi - SƏBƏB
Müğənni İbrahim Tatlısəs bir kanaldan gələn proqram təklifini rədd edib.
Layihə rəhbəri İboya 13 milyon lirə (təxminən 6,5 milyon manat) təklif etsə də, sənətçi bununla da razılaşmayıb. O, buna səbəb kimi albom hazırlığında olmasını göstərib.
Tatlısəs bu təklif qarşısında çox həyəcanlandığını və göz yaşlarına hakim ola bilmədiyini, ancaq albomunu çıxardıqdan sonra təklifi dəyərləndirəcəyini deyib.Muxalifet - 21-05-2017