Axtarış

The search found 105705 results in 0.095 seconds.

Search results

  1. Vətəndaşlar icbari tibbi sığortadan faydalana bilir? - ARAŞDIRMA

    Son 5 ay ərzindən 34 milyon xidmət sayı...

    Muxalifet2 - 22-07-2024

  2. ​“Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTO

    “Nar” 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlar üçün dayanıqlılıq və iqlim dəyişikliyinə yönəlmiş maarifləndirici təlim proqramının keçirilməsini dəstəklədiyini bildirir. Bu təşəbbüs dayanıqlılıq və iqlim dəyişikliyi gündəmini effektiv şəkildə idarə edə biləcək peşəkar media nümayəndələrinin inkişafına “Nar”ın dəstəyini nümayiş etdirir.
     

    Muxalifet2 - 22-07-2024

  3. YAP-ın SİYAHISINDA DƏYİŞİKLİK EDİLİB – Bu şəxs namizədlər sırasından çıxarılıb

    Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.

    Muxalifet.az “Modern.az”-a istinadla xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyevanın adı siyahıdan çıxarılıb.

    Muxalifet2 - 22-07-2024

  4. ​10 nəfərin öldüyü, 23 nəfərin xəsarət aldığı partlayışla bağlı açıqlama

    Baş Prokurorluq Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edildiyini də bəyan etdi

    Muxalifet2 - 22-07-2024

  5. BAYDENİN QƏRARI AVROPA LİDERLƏRİNİ ÜÇ QRUPA BÖLDÜ - ABŞ prezidentinin gecikmiş qərarı Trampı dayandıra biləcəkmi?

    Niyə “onsuz da Tramp seçiləcək” fikri daha inandırıcı təsir bağışlayır?

    Co Baydenin prezidentlik yarışından çəkilməsi Demokratlar partiyasının şanslarını nisbətən artırsa da, qətiyyən onların birmənalı qələbəsini təmin etmir. Ən azından ona görə ki, Baydenin dəstək ifadə etdiyi Kamala Harris yumşaq desək, heç də ABŞ-də ən poulyar, sevilən və nüfuzlu siyasətçi sayıla bilməz.

    Muxalifet2 - 22-07-2024

  6. ​ABŞ Ermənistanı Rusiyanın “caynağından” çıxarır – BİRGƏ HƏRBİ TƏLİMLƏRİN KREMLƏ VERDİYİ SİYASİ MESAJ

    Ermənistanda ABŞ hərbçilərinin iştirakı ilə “Qartal tərəfdaş 2024” adlı birgə təlimlər keçirilir. Bu təlimlərin açılışını ABŞ və Ermənistan arasında “yeni strateji müttəfiqliyi” vurğulamaq üçün çox təmtəraqla ediblər. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan ilə ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər.

    Muxalifet2 - 22-07-2024

  7. “Əkən” jurnalistlər, “biçən” oxucular, “yeyən” məmurlar

    Azərbaycan mətbuatı 149 yaşında
    3-cü “Jurnalistlər evi”ni ƏƏSMN kimə satıb?

    Muxalifet2 - 22-07-2024

  8. Tarif Şurası “ Veteranlar haqqında” qanunu ləğv edib?

    ƏMDX  qanunsuz ödəniş tələbini TŞ-nin qərarı ilə əsaslandırır
    Azərbaycan Respublikasında ən yüksək hüquq qüvvəsinə malik olan qanunun Azərbaycan Respublikasının  Konstitusiyasının olması elə Ana Qanunun 147-ci maddəsində yazılıb. Konstitusiyanın 149-cu maddəsinin III hissəsinə görə, qanunların icrası və tətbiqi məcburidir. Di gəl, məcburi icra edilməli aktları tətbiq etmək  dövlət qurumlarının heç yadına düşmür. Yada salanda isə elə əndrabadi cavablarla, izahatla üzləşirsən ki!

    Muxalifet2 - 29-07-2024

  9. Baş həkim xəstəxananı hələ də Surət Hüseynovun qərarları ilə idarə edir – VETERANLAR NİCAT CƏLİLOVDAN ŞİKAYƏTÇİDİR

    Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 10-da yaşayan Vətən Müharibəsi iştirakçısı Babazadə Mehdi Teymur oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən M.Babazadənin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 29-07-2024

  10. Bakıda yaşlı qadını evindən çölə atdılar, bütün məhkəmə instansiyaları xeyrinə qərar çıxardı, amma… -ŞİKAYƏT

    Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, manzil 2-də yaşayan Hüseynova Üzrə İsrafil qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:
    “Cənab nazir!
    Mən, Hüseynova Üzrə İsrafil qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin həllinə kömək göstərəsiniz.
    Bildirim ki, bu barədə dəfələrlə rəsmi qurumlara müraciət etmişik, amma təmin olunmayıb.

    Muxalifet2 - 29-07-2024

  11. “BU QURUM İNSANLARIN HƏYATINI MƏHV EDİR” – Qarabağ döyüşçüsü: “Həqiqi xəstələrə əlillik verilmir, sağlam adam rüşvət verib, əlillik dərəcəsi alır”

    Ağdam rayonu, Quzanlı kənd sakini Fərzalıyev Calal Qənəhət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
    “Cənab Prezident!
    Mən, Fərzalıyev Calal Qənəhət oğlu, yazaraq Sizdən xahiş edirəm ki, mənim problemimlə bağlı aidiyyəti qurumlara tapşırıq verəsiniz.
    Bildirim ki, bir çox insanlar kimi mən də Sahil Babayevin piyarına qurban getdim. Bu qurumun özbaşınalıqlarına son qoymaq lazımdır.

    Muxalifet2 - 29-07-2024

  12. “Əvvəl 5 min aldıqları bəs deyil, indi də 7 min manat tələb edirlər ki, işdən çıxartmasınlar” - ŞİKAYƏT

    Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsinin sakini Ağarəhimli Ağarəhim Mayis oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

    Muxalifet2 - 29-07-2024

  13. MƏNDƏN DEMƏK... – Eldəniz Quliyev yazır

    Düzdür, susmaq qızıldır, yəni susmaqla çox şey qazanmaq olar...
    Amma bəzən danışmamaqla, yəni lal, ya mal kimi hər şeyə biganə qalmaqla... hər şeyi itirmək də olar!..
    Bəzən elə xatalı söhbətlərin və elə haçalı vəziyyətlərin şahidi olursan ki, birbaşa bığla saqqal arasına düşürsən...
    Və belə məqamda qəfil anlayırsan ki, susmamaq, vaxtında-yerində verilən sərrəst cavab qızıldan da, gümüşdən-filandan da qiymətlidir...

    Muxalifet2 - 29-07-2024

  14. ​Deputat mandatını “miras”la səhv salanlar…

    Yaxud Vəliyevin oğluna deputatlıq olar, Qəribovun oğluna yox?
    Qarşıdan gələn parlament seçkisi bir çox xüsusiyyətlərilə əvvəlkilərdən seçilir ki, bunlardan biri də deputatlıq kreslosu uğrunda “vərəsəlik prinsipi”nin özünü daha qabarıq və eybəcər şəkildə büruzə verməsidir.

    Muxalifet2 - 29-07-2024

  15. YASAMAL YOL POLİSİNDƏN ŞOK “QƏRAR”... - Təcili tibbi yardım maşınları cərimə meydançasına aparılır / FOTO

    Ölkədə əhalinin narazı qaldığı dövlət qurumlarından birinin də Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı strukturları olduğunu desək, yəqin, səhv etmərik. Düzdür, son illər aparılan islahatlar, kadrların yenilənməsi yol polisinin də fəaliyyətində müsbət dəyişikliklərə səbəb olub. Ancaq paytaxtda və rayonlarda yolların, küçələrin böyük ölçüdə kamera ilə təmin edilməsinə baxmayaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücüləri müxtəlif bəhanələrlə saxlaması hallarına hələ də rast gəlinir. Son vaxtlar isə bunun artması müşahidə olunur.

    Muxalifet2 - 30-07-2024

  16. HƏMKARLAR İTTİFAQININ YENİ SƏDRİ KİM OLACAQ? – Səttar Möhbalıyevi kimin əvəz edəcəyi artıq məlumdur

    Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti dəfə namizədliyi irəli sürülən qocaman deputatlardan biri də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevdir. Xəbər verildiyi kimi, beşinci dəfə deputat olmağa hazırlaşan Möhbalıyev yenə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizəddir.

    Muxalifet2 - 30-07-2024

  17. Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

    Sərfəli operator “Nar” hər müştəriyə uyğun “Full” paketlərini təqdim edir. “Nar” müştəriləri “Full” paketlərini seçərək həm danışıq, həm də internet bonusları əldə edə bilər.
    Hər bir “Full” paketində müştərilərə təqdim edilən bonusların qalıqları ay sonunda silinmir, növbəti aya keçir. Üstəlik, hər bir “Full” istifadəçisi “Nar”ın “Çevir” xidmətindən istifadə edə bilər. “Çevir” xidməti istifadəçiyə ehtiyac olduğu halda danışıq bonusunu internet bonusuna və ya əksinə çevirməyə imkan verir.

    Muxalifet2 - 1-08-2024

  18. TEHRANA NÖVBƏTİ SARSIDICI ZƏRBƏ – İranın Haniyənin qətlinə cavabı nə olacaq?

    Bu gün bütünlükdə dünya mətbuatının və siyasətinin manşet xəbəri HƏMAS lideri İsmayıl Haniyənin İranda, özü də paytaxt Tehranda, öz iqamətgahında qətlə yetirilməsidir.

    Çoxları bunu İsrailin bacarığı, “əlinin uzun olması” ilə izah etsələr də, əslində bu hadisə İsrailin gücündən daha çox İranın bir dövlət kimi, o cümlədən də onu idarə edən rejimin bir hakimiyyət kimi zəifliyindən, çürüklüyündən, onun təhlükəsizlik xidmətlərinin, güc strukturlarının yarıtmazlığından xəbər verir.

    Muxalifet2 - 1-08-2024

  19. “HƏMAS” LİDERİ TEHRANDA ÖLDÜRÜLDÜ! - İsmayıl Haniyənin iqamətgahına basqın olub

    “HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

    Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

    Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

    Hadisə ilə bağlı “HƏMAS” bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

    Muxalifet2 - 31-07-2024

  20. Sabiq deputat Hüseyn Abdullayev 5,5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir

    Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb:

    Muxalifet2 - 31-07-2024

Pages