APOEL- “Qarabağ” matçında hesab bərabərləşib - YENİLƏNİR

Baxış sayı:
1495

APOEL - “Qarabağ” matçının 59-cu dəqiqəsində hesab bərabərləşib. Qolun müəllifi Lukas Souzadır. *** Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi səfərdə APOEL-lə (Kipr) qarşılaşacaq. Bu, “Qarabağ”ın APOEL-lə mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə mübarizəni dayandırmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2. “Qarabağ” qrupda hazırda 4 xalla ikincidir. APOEL-in isə 1 xalı var. Bu baxımdan, bu günki qarşılaşma böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) üz-üzə gələcək. APOEL - "Qarabağ" matçında komandaların hansı heyətlərlə meydana çıxacaqları məlum olub: APOEL: 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Əl-Tamari, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef Souza "Qarabağ": 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 7. Araz Abdullayev Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye; A qrupuAvropa Liqası 7 noyabr 21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 0:1 (Birinci hissə) Qol: M.Medvedev, 10 Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya). Nikosiya. GSP stadionu