​Almaniyadan etiraf: ABŞ BİZƏ NİFRƏTLƏ YANAŞIR

Baxış sayı:
3706

ABŞ, Rusiya və Çin Avropa Birliyinə hörmətsiz yanaşırlar.
Muxalifət.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel "Der Şpigel" qəzetinə müsahibəsində deyib.
"Moskva, Pekin və Vaşinqton arasında ümumi cəhət var: Onlar Avropa İttifaqını tamamilə qiymətləndirmirlər. Onlar bu quruma nifrətlə yanaşırlar. Əvvəl Berlin Fransa, Böyük Britaniya və əsasən də ABŞ-a arxalanırdı. Lakin indi dövlətlər dünya arenasında tədricən öz mövqelərini itirirlər və ön sıraya digər dövlətlər çıxır. Suriyada Rusiya və İran, ticarət siyasətində isə Çin ön plandadır", - deyə nazir bildirib.