Alman ordusu ilə bağlı QALMAQALLI İDDİA

Baxış sayı:
301

Almaniya Silahlı Qüvvələrinin bir çox helikopter və tanklarının istifadəyə yararsız olması iddia edilib.

Muxalifet.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə “Şpigel” jurnalını saytı yazıb.

Məqalədə qeyd edilib ki, bir çox texnikanın sıradan çıxıb və onların ehtiyat hissələri tapılmır. Bu isə Almaniya ordusunun böhran vəziyyətində olması ilə əlaqələndirilib.

Məlumata görə, Almaniya ordusu üçün 2023-cü ildə yeni model hərbi helikopterlərin alınması planlaşdırılır.

Almaniya ordusunda helikopter və təyyarələrin sayı, onlardan neçəsinin istifadəyə yararlı və vəzifə icra etməyə hazır olduğu barədə siyahını təqdim edirik:

Model

Sayı

Neçəsi istifadəyə yararlıdır?

Neçəsi əməliyyata hazırdır?

“NH-90” helikopteri

75

44

9

“Sikorsky CH-53” helikopteri

71

48

18

“Tiger” helikopteri

53

36

9

“Tornado” təyyarəsi

93

57

20

“A400M” helikopteri

31

19

8

“Puma” tankı

284

191

191

“Leopard”

245

183

183