​Akif Çovdarovun general rütbəsi də əlindən alınır - QƏRAR

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.
Muxalifət.az xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bununla bağlı xüsusi qərar qəbul olunub.
Həmçinin digər təqsirləndirilənlərin də rütbələrinin alınması barədə qərar qəbul olunub.
Bundan başqa, Akif Çovdarov və digərlərinin üzərinə həbs qoyulan əmlaklarının müsadirə olunması barədə qərar çıxarılıb.
Dövlət Təhülkəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası təmin olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan 60 nəfərin mülki iddiası təmin olunub.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədova 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyevə 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanova 4 il müddətinə iş verilib.