Afrindəki terror yuvalarından da FETÖ ÇIXDI

Baxış sayı:
5905

Xüsusi layihə olan terror təşkilatı YPG-FETO əlaqəsi Afrində də deşifrə olub. Terror təşkilatını idarə edənlərin evlərində edilən axtarışlarda FETO jurnalı “Sızıntı” və çox sayda Fətullah Gülən kitabları tapılıb.
 
“Zeytun Budağı” hərəkatıyla terroristlərdən təmizlənən Afrində xainlərin özək evləri təsbit edilmişdir. Terroristlərin dərin əlaqələrini aşkar etmək üçün xüsusi qoşunların fərdi terrorçular üçün komanda mərkəzləri və təşkilatin özək evlərini axtararkən mina tələlərini zərərsizləşdirib. Afrində terror təşkilatı PYD / PKK-nın şəhər rəhbərliyinin qaldığı villa aşkar edilib. Qəndildən gələn terrorçuların yaşadığı kəndlərdə aparılan axtarışda PKK-ya aid çox sayda təşkilati sənədlər tapılaraq götürülüb.
 
HƏDƏF XALQI TÜRKİYƏYƏ QARŞI AYAĞA QALDIRMAQ
 
Kəndlərdə edilən axtarışda terror təşkilatı PKK ilə FETO arasında olan əlaqələr bir daha təsdiqlənib. PKK rəhbərliyinin yaşadığı villardakı axtarışda FETÖ lideri Gülənin kitabı və çox sayda nəşr orqanı olan “Sızıntı” jurnalı ələ keçirilib. Afrın xalqının idarəçisi olaraq fəaliyyət göstərən PKK terror təşkilatında aparılan tədqiqat insanları təhrik etmək üçün fəaliyyətin olduğu üzə çıxıb.
Gülənin kitabları və “Sızıntı” jurnalları villada gizli bir sandıqda aşkar olunub.
Müxalifət.az