​AFRİKADA DƏHŞƏT: Kamikadze qız uşağı oğlanlar arasında…

Kamerunun şimalında yerləşən Zamqa kəndində kamikadze qız uşağı özünü partladıb.
Bu barədə informasiyanı Kamerun polisi yayıb. Terakt nəticəsində 5 uşaq ölüb, 2-si yaralanıb. Qız uşağı üzərindəki bombanı küçədə oynayan oğlan uşaqlarına yaxınlaşdıqdan sonra partladıb. Hücumun Boko Haram terror təşkilatı tərəfindən təşkil olunduğu vurğulanıb.
Qeyd edək ki, ötən gün Əfqanıstan paytaxtı Kabildə xarici ölkə səfirliklərinin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda 13 yaşlı kamikadze terror aktı törətmiş, nəticədə 5 nəfər ölmüş, 21 nəfər yaralanmışdı./Axar.az/