AFRİKA BUYNUZUNDA İKİ İTTİFAQIN RƏQABƏTİ: ərəb üçlüyü Türkiyə və Qətəri küncə sıxışdırır

Baxış sayı:
35608

Set Frantzman

“Jerusalem Post”, 18.04.2019

Qətər və Türkiyə, Sudan rejiminin lideri Ömər əl-Bəşiri illərlə dəstəkləyib, ancaq Bəşir xalqın etirazı və hərbçilərin qiyamı ilə iqtidardan məhrum edilib, indi Qətər və Türkiyəyə meydan oxuyanlar var. “Əl-Ərəbiyyə”nin məlumatına görə, Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman əl-Sani Çərşənbə günü Sudana səfər edib. Türkiyədə TRT isə, soyqırımında günahlandırılan Bəşirin devrilməsini “əks-inqilab” kimi təqdim edir.

İki ölkə bölgə müttəfiqləridir, Sudan rejimi və Tripolidə Qərbi Liviya hökumətini dəstəkləyir. Hər iki halda bu ölkələr “Müsəlman Qardaşlar”ın təsiri altında olan partiyaların, radikal dini qrupların tərəfini tutub.

Türkiyə Sudanla ittifaqına böyük ümid bəsləyirdi, ora yüksək səviyyəli hərbi heyətlər göndərib, Suakin adasında baza quraraq kənd təsərrüfatı və digər layihələri həyata keçirib. Bu, Türkiyənin Afrika Buynuzunda təsirini genişləndirmək arzusunun bir hissəsi idi.

Liviyada Türkiyə və Qətərin Tripoli hökumətini dəsklənməsi “Ərəb baharı” və Liviyada vətəndaş müharibəsinə gətirib çıxarıb. Nəticədə, münaqişə iştirakçısı olan, Liviyanın şərqində yerləşən general Xəlifə Həftər “Qərb hökuməti”nə qarşı hücuma başlayıb.

Həftər, Misir və BƏƏ-dən dəstək alır, həmçinin Səudiyyə Ərəbistanından. Rusiya da Həftərlə bir araya gəlib.

Misir və BƏƏ baxımından Qərbi Liviya hökuməti ekstremistlər yığnağıdır, Həftər isə hərbi idarəçilik və sabitlik vəd edir. Aprel ayının əvvəlində Həftər Liviyanı səkkiz illik müharibədən sonra birləşdirmək üçün Tripoli əleyhinə hücuma keçib. Qətər, Həftərin silahla təmininə dair embarqonun daha da sərtləşdirilməsini təklif edib.

“The Independent” qəzetinin xəbərinə görə, Həftərin hücumu BƏƏ-nin “Türkiyədən Qərbi Liviyaya şübhəli təyyarə trafiki” barədə bəyanatından sonra başlayıb. General da Türkiyəni İstanbuldan Liviyaya şübhəli hava trafikində ittiham edib.

Döyüşlər Liviyada getsə də, bir tərəfdən, Türkiyə və Qətər, digər tərəfdən, BƏƏ və Misir regional rəqabətə qoşulub. Misal üçün, Qətər mart ayında Almaniyanın Liviya üzrə xüsusi səfiri ilə danışıqlar aparıb.

Eyni zamanda, Qətər aprelin 16-da strateji dialoq qrupunun bir hissəsi olaraq ABŞ Dövlət Departamentində amerikalı səlahiyyətlilərlə Sudan məsələsini müzakirə edib. Qətər, həmçinin yanvarın sonunda Sudan lideri Bəşirə ev sahibliyi etmişdi.

Ötən ay Sudanda etirazlar baş alıb gedirdi və ordu, nəhayət, 1993-cü ildən bəri hakimiyyətdə olan Bəşiri devirib. Bəşir ailəsinin üzvləri korrupsiya iddiası ilə həbs edib. Bəşir həm də Darfurda soyqırımı ittihamı ilə 2009-cu ildə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən məhkum olunub. Ancaq ABŞ-ın Türkiyə və Qətər kimi müttəfiqləri illər boyu hərbi cani ilə yaxından çalışıblar. Türkiyənin dövlət televiziyası (TRT) Bəşiri devrilmsini “əks-inqilab” adlandırsa da, əslində, Bəşirə kütləvi etiraz aksiyalarının dalğası ilə hakimiyyətdən kənarlaşdırılıb.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”si məlumat verib ki, Sudandakı keçid dövrünün hərbi şurası Səudiyyə rəsmi heyətini Çərşənbə axşamı günü səmimi qarşılayıb.

Liviya və Sudanın taleyi hələ də mücərrəddir. Həm Qətər, həm də Türkiyənin bu ölkələrdə böyük maraqları var. Hər ikisi də ABŞ müttəfiqidir və Afrika dövlətlərində nəticələrə təsir etmək üçün Vaşinqtondan dəstək almaq istəyir.

BƏƏ, Misir və Səudiyyə Ərəbistanı Sudan və Liviya böhranları ilə məşğul olmaq üçün ittifaq qurub. Misir üçün bu, çox əhəmiyyətlidir, çünki sözügedən ölkələr onun qonşularıdır. İndi Qahirə və Əbu-Dabi hər iki ölkədə tarixi bir rol oynaya bilər.

Tərcümə: Strateq.az