ABŞ-ın xaos strategiyası! YAXIN ŞƏRQDƏKİ ƏSAS MƏQSƏDLƏRİ NƏDİR?

Baxış sayı:
7303

Yaxın Şərqin bataqlığa çevrilməsində baş aktyorlardan biri olan ABŞ qurulmasından bu günə qədər milyonlarla insanı qətlə yetirib.
 
ABŞ rəhbərliyinin üçlü koalisiya qüvvələrinin Suriyaya birgə təşkil etdiyi hava hücumundan sonra bölgədə "qalıcı iz" buraxma arzusu maraq mövzusu olub. Bu açıqlamalar göstərir ki, regionda yaradılmağa çalışılan xaos davam edəcək.
ABŞ rəhbərliyi kimyəvi silahlara malik Suriya rejimini bu fikrindən daşındırmaq üçün hər fürsətdə vurmağa davam edəcəklərini deməklə yanaşı, həm də əsgərlərini Suriyadan çəkəcəyi məsələsini gündəmə gətirib. Ötən həftələrdə reallaşan hava hücumlarından sonra da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Evdən aydın olmayan, çaşdırıcı bəyanatlar gəlməyə başlayıb.
ABŞ-ın əsgərlərini nə vaxt çəkəcəyi mövzusu bəlli deyil. Hücumdan sonra ABŞ-ın Suriyadakı hərbi varlığını daha da gücləndirəcəyi fikirləri mediada əks olunmuşdu, ancaq rəsmilər hücumdan sonra Ağ Ev strategiyasının heç də dəyişmədiyini vurğulayıb.
ABŞ-lı rəsmiləri, xüsusilə də Müdafiə Nazirliyi (Pentaqon) rəsmiləri Trampın açıqlamalarından fərqli olaraq Suriyada parametrlərin dəyişmədiyini göstərir ki, İŞİD-i bitirməyə və bir daha ortaya çıxmamasını təmin etməyə diqqət yetirdiklərini bəyan edir.
Ağ Evin sözçüsü Sarah Sanders açıqlamasında "ABŞ-ın missiyası dəyişmədi. Prezident, ABŞ qüvvələrinin mümkün olan ən qısa zamanda evlərinə qayıtmasını istəyir. İŞİD-i tamamilə təmizləmək və geri dönüşünü əngəlləyəcək şərait yaratmaqda qərarlıyıq. Həmçinin regional müttəfiqlərimizin və partnyorlarımızın regionun təhlükəsizliyini təmin etmək üçün həm hərbi, həm də maliyyə cəhətdən daha çox məsuliyyət götürmələrini gözləyirik" deyə, bildirib.
 
SURİYADAN GÜCLÜ VƏ QALICI İZ QOYDUQDAN SONRA ÇƏKİLƏCƏYİK
 
ABŞ prezidenti Donald Tramp son olaraq Makronla görüşündə Suriya məsələsində “Evə qayıtmaq istəyirik, evə qayıdacağıq. Amma güclü və möhkəm iz qoymaq istəyirik" deyib. Digər tərəfdən, Dəməşq rejiminin bundan sonrakı hədəfinin İdlib olacağı danışılır. İdlibdəki 2 milyonluq əhalinin yarısından çoxu məcburi köçkün vəziyyətindədir.
ABŞ-ın isə Suriya məsələsində alacağı yeni bir qərarın olduğu bilinmir. Ankara üçün əhəmiyyətli olan ABŞ-ın PYD/YPG-yə verdiyi dəstəyin hansı şəkildə olacağı və PYD/YPG-nin nəzarətindəki Suriya torpaqlarının aqibəti və necə idarə ediləcəyidir.
Menbiçlə bağlı irəliləyişlər xüsusilə əhəmiyyətlidir. Bu məsələlərlə bağlı ABŞ-Türkiyə arasında danışıqlar hələ də davam edir. Burada Pompeonun vəzifəyə başlamasından sonra tutacağı mövqe də maraqlıdır. Ancaq görünən odur ki, ABŞ Suriyadakı müttəfiqlərini gücləndirməyə çalışacaq, Fransa, Böyük Britaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrin daha aktiv rol oynamalarını tələb edəcək.
Bəzi dairələr ABŞ rəhbərliyindəki bu qarışıq mənzərənin bir strategiya olduğunu, ABŞ-ın Orta Şərqi qarışdırmağı, region ölkələrini bir-biri ilə toqquşmalarını təmin etməyi qarşısına məqsəd qoyduğunu, bütün bunları bilərək, istəyərək planlaşdırdığını düşünür.
Müxalifət.az