​ABŞ vətəndaşı Rusiyadan siyasi sığınacaq istədi

Baxış sayı:
3886

Rusiyalı sərhədçilər Çukot dənizi yaxınlığındakı Lavrentiya kəndində Alyaska sahillərindən qayıqla Rusiyaya gələn ABŞ vətəndaşını saxlayıblar.
Muxalifet.az xəbər verir ki, çağrılmamış qonaq rusiyadan siyasi sığnacaq istəyib.
Sərhədi qeyri-leqal yolla keçən əcnəbi bildirib ki, o, Alyaska sahillərində balıqçılıq və ovçuluqla məşğuldur. Qəfildən ABŞ-dan Çinə keçmək qərarına gəlib, ancaq Rusiyaya keçib.
Situasiyadan xəbərdar olan mənbə isə bildirib ki, amerikalı sonda şəxsiyyətini təsdiq etmək üçün sürücülük vəsiqəsini göstərib və sığınacaq xahişi edib.
Əcnəbi daha ətraflı araşdırmanın aparılması üçün Anadır şəhərinə aparılıb.