​ABŞ Ukraynaya “Javelin” kompleksləri göndərib

Baxış sayı:
7693

ABŞ istehsalı olan “Javelin” kompleksləri artıq Ukraynaya çatdırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi “RİA Novosti”yə açıqlama verib.
“Onları artıq Ukraynaya çatdırmışıq”, - deyə rəsmi məsələni ətraflı şərh etməkdən imtina edib.
Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə müxtəlif silahların o cümlədən, “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya tədarükünü təsdiqləyib.
Kiyevin çoxsaylı səylərinə baxmayaraq, Trampdan əvvəl ABŞ-da hakimiyyətdə olmuş Obama administrasiyası adı çəkilən silahın Ukraynaya tədarükünə razılaşmırdı.