ABŞ Senatorlarını S-400 qorxusu bürüdü

4 ABŞ-lı senator “New York Times” qəzetinə Türkiyənin Rusiyadan satın alacağı S-400 hava müdafiə sistemlərindən bəhs edən bir məqalə yazıb. Amerikalı senatorlar Türkiyənin ABŞ və Rusiya arasında seçim etməsi lazım olduğunu qeyd etdikləri məqalədə, ilin sonunda Türkiyə ya F-35-lərə, ya da S-400-lərə sahib olacaq. İkisinə birlikdə sahib ola bilməz” deyə yazıblar.
ABŞ senatorları Cim Inhofe, Jack Reed, Cim Risch və Bob Menendez “New York Times”-a yazdıqları məqalədə, Türkiyənin ABŞ və Rusiya arasında seçim etməsi lazım olduğunu qeyd ediblər. ABŞ-ın 2012-ci ildən bəri S-400-ə alternativ olaraq “Patriot” hava müdafiə sistemini təklif etdiyini və Türkiyənin bu təklifi rədd etdiyini iddia edən senatorlar, Türkiyə S-400-ləri satın aldığı təqdirdə sanksiya tətbiq etməklə təhdid edib.
F-35 ETİRAFI
S-400-lərin satın alındığı təqdirdə Türkiyənin F-35 proqramından çıxarılacağını deyən ABŞ senatorlar həyasız sözlərlə Türkiyəni hədəf alıb. 4 senator F-35 hissələrini istehsal edən Türk şirkətlərin sifarişlərinin tamamilə dayandırılacağını irəli sürüb. "Çox ağır nəticələri olacaq" sözləri ilə Türkiyəni təhdid etməyə çalışan senatorlar, Türkiyənin 100 ədəd F-35 təyyarəsini təhvil alacağını etiraf edib.
Müxalifət.az