ABŞ prezidenti Tramp yenə “qatıqladı”

Baxış sayı:
5356

ABŞ prezidenti Donald Tramp, Minnesota ştatında etdiyi çıxışında, cüdoda qara qurşaq sahibi olan Rusiya prezidenti Vladimir Putini ehtimal olunan bir boks müsabiqəsində ona qalib gələ biləcəyini iddia edib.
 
Tərəfdarları qarşısında çıxış edən Donald Tramp, iyul ayında Finlandiyada bir araya gəldiyi Putin ilə keçirdiyi görüşə medianın kölgə salmaq istədiyini söyləyib:
“Putin çox yaxşı insandır. Ecazkar bir görüş keçirdik. Media, Putin ilə məni bir boks müsabiqəsinin içinə soxmaq istəyir. Güman edirəm ki, olsaydı, olduqca yaxşı çıxış edərdim.”
Golf idmanı ilə məşğul olan Donald Tramp, ABŞ tarixində canlı yayımda birini yumruqlayan ilk prezident kimi də tanınır.
Tramp ötən iyul ayında Finlandiyanın paytaxtı Helsinkidə Putinlə keçirdiyi görüşdən sonra Twitter hesabında, boks müsabiqəsi görmək istəyən çox sayda düşməni narahat edəcək qədər Putinlə yaxşı anlaşdıqlarını bölüşmüşdü.
Müxalifət.az