​ABŞ peşmərgəyə qarşı şərtini ləğv edir: 365 milyon...

ABŞ Konqresi 2018-ci ilin büdcə layihəsində peşmərgə qüvvələrinə hərbi yardıma əngəl olan "İraqın ərazi bütövlüyü" şərtini ləğv edib.
Muxalifet.az xəbər verir ki, 365 milyon dollarlıq yardımın şərtsiz olaraq peşmərgə qüvvələrinə göndərilməsinə qərar verilib.
Konqres üzvləri tərəfindən məsələ ilə bağlı hazırlanan sənəddə Vaşinqtonun İraq və Suriya siyasətini nəzərdən keçirilməsi tələb olunub. Sənəddə İranın dəstəklədiyi militanların Haşdi Şabi ilə peşmərgə arasındakı qarşıdurmalardan narahat olduğu da vurğulanıb.