ABŞ ORDUSUNDA ÇAXNAŞMA! – Hərbi bazaya hücum üçün gizli məlumatlar ötürülüb

Baxış sayı:
1633

ABŞ ordusunda “satqın” böhranı baş verib. 22 yaşlı Ethan Mezler adlı bir əsgərin xidmət elədiyi hərbi hissəyə məxsus məlumatları onlara hücum eləməyi planlaşdıran satanist və anarxist təşkilat olan 096-ya ötürdüyü aşkar olub.

Bazaya daha böyük zərər verilməsi üçün təşkilata daha geniş məlumat verəcəyini vəd edən Mezlerin bu zaman müddətində öz iradəsi ilə təslim olduğu və təqsirli olduğunu Federal Təhlükəsizlik Bürosuna etiraf elədiyi bildirilib.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında 17 may tarixində də əsgərin hərbi hissəyə məxsus gizli məlumatları bir Əl Kaidə üzvü ilə paylaşdığının aşkar edildiyi, Mezlerin hazırda həbsdə olduğu bildirilir.

Mezlerə qarşı 6 ittiham irəli sürülüb, ona 45 illik həbs cəzası verilməsi tələb olunur./Hurriyyet.org