ABŞ-ın “müdaxilə siyahısını” açıqladı! Venesueladan sonra növbə...

Baxış sayı:
27568

 ABŞ-ın Venesuelada uğursuz olmasına baxmayaraq planlarından əl çəkməyəcəyini deyən rus ekspert Bloxin, növbədə Nikaraqua və Kubanın olduğunu qeyd edib.
 
Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Problemləri Araşdırma Mərkəzindən Amerikanist və siyasət eksperti Konstantin Bloxin “Sputnik”-ə açıqlamasında, ABŞ-ın Venesuelada tam sürətlə hakimiyyət dəyişmək planının suya düşdüyünü qeyd edərək bu məsələ ilə bağlı bu fikirləri bildirib:
“Çevrilişlər tarixindən belə bir qanun çıxır, əgər hakimiyyəti dərhal dəyişdirə bilməmişsinizsə, zaman çevrilişin hədəfindən adamın xeyrinə işləyir. Yəni Venesuelada hakimiyyəti devirmək səyləri suya düşdüyü üçün indi zaman (dövlət başçısı Nikola) Maduronun lehinə və (müxalif lider Xuan) Guaido-nun əleyhinə işləyir. Amerikalılar həqiqətən pat vəziyyətdədir indi. Artıq geniş miqyaslı silahlı müdaxiləni gözə almırlar, çünki belə bir müdaxilə ABŞ üçün ikinci Vyetnama çevrilə bilər. Tramp da müharibə tərəfdarı deyil, çünki hər bir əməliyyat ABŞ büdcəsi üçün baha başa gələcək, Tramp isə hər qəpiyi saymağı sevən biridir. Başqalarının əlləri ilə hərəkət etmək, yəni Kolumbiya və Braziliyanı Venesuelaya hücum etməyə zorlamaqda da uğursuz oldular. Bir xüsusi əməliyyatla şəxsən Maduronu ortadan qaldırma variantına də hələlik müraciət etmirlər. MKİ tarixindən, (Kuba lideri Fidel Kastro) Kastro-ya qarşı neçə sui-qəsd cəhdinin olduğunu xatırlayırıq. Amma Maduro təhlükəsizlik sistemini yaxşı düşündü, yəni bu variantın da işləməyəcəyi açıqdır".
 
Venesuela xalqı saxta prezident Guaidodan yorulmağa başladı
 
 Buna baxmayaraq ABŞ Venesuelanı rahat buraxmayacağını düşünən Bloxin, sözlərini belə davam etdirib:
“Maduro bütün sanksiyalara və Qərbin yekdilliklə onu rədd etməsinə baxmayaraq vəzifəsində qalır və yüksək dərəcədə siyasi həyatda qalma qabiliyyətini nümayiş etdirir. Venesuela xalqı isə müxalifətdən və şəxsən Guaidodan yorulmağa başladı. Yəni vəziyyətin ABŞ planlarına görə getmədiyi ortadadır. Yenə də Venesuelanı rahat buraxacaqlarını düşünmürəm. Hətta növbədə Nikaraqua və Kuba da var. Ancaq bu üç ölkədən ən böyük mükafat və xəzinə Venesueladır, çünki çox zəngin yeraltı sərvətlərə malikdir".
Müxalifət.az