ABŞ-ın kuklası Səudiyyə Şahzadəsindən ŞOK AÇIQLAMA: “FƏLƏSTİN SƏSİNİ KƏSMƏLİ VƏ...”

Baxış sayı:
6616

ABŞ-a həyata keçirdiyi 3 həftəlik səfər boyu Yəhudi icma liderləri bir araya gələn Məhəmməd bin Salmanın Fələstin mövzusundakı açıqlamaları İsrail mətbuatı tərəfindən ictimaiyyətə sızdırılıb.
 
İsrail mətbuatı Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın ABŞ-da Yəhudi icma liderlərilə keçirdiyi görüşün detallarını açıqlayıb.
Mətbuata qapalı keçirilən toplantının detallarını ABŞ-lı və İsrailli diplomatlara əsaslanaraq açıqlayan İsrail mətbuatı, Vəliəhd Şahzadənin görüşdə Fələstin lideri Mahmud Abbası və Fələstinliləri sərt tənqid etdiyini yazıb.
 
“ÖNCƏLİYİMİZ FƏLƏSTİN DEYİL”
 
Vəliəhd Şahzadə Məhəmməd bin Salmana görə, ölkəsinin prioriteti Fələstin məsələsi deyil. Bin Salmanın fikrincə, Fələstin məsələsi Səudiyyə hökumətinin və ya Səudiyyə ictimaiyyətinin prioritet məsələsi deyil, ölkənin prioritet məsələsi İranın bölgədəki təsirləri ilə mübarizə aparmaqdır.
 
İSRAİL İLƏ NORMAL MÜNASİBƏTLƏR ÜÇÜN SÜLH OLMALIDIR
 
Fələstinlilərİ tənqid etməklə bərabər, Məhəmməd bin Salman Körfəz ölkələri və ölkəsinin İsraillə normal münasibətlər qurmasının vacib olduğunu bildirib. Onun fikrincə, Körfəz ölkələri İsraillə normal münasibətlər qurarsa, İsrail-Fələstin sülh prosesində irəliləyişlər əldə oluna bilər.
 
“FƏLƏSTİNLİLƏR SƏSLƏRİNİ KƏSMƏLİ VƏ ABŞ-ın TƏKLİFİNƏ RAZILIQ VERMƏLİDİR”
 
Toplantıya dair sızdırılan ən mühüm fikir isə İbn Salmanın Fələstinlilər haqqında dediyi sözlər olub. Yəhudi icma liderlərinə müraciətində İbn Salman, "Fələstinlilər sülh imkanlarını qaçırdılar. Artıq səslərini kəsməlidirlər və Tramp rəhbərliyinin təklifinə razı olmalıdırlar" deyə, bildirib.
Müxalifət.az