ABŞ kuklası general Hafter Türkiyəni hədəf aldı: "Erməni soyqırımını" tanıyırıq
23-04-2019 08:43
Baxış sayı:
9469
Türkiyəyə qarşı düşməncə bir açıqlama verən çevrilişçi general Hafter rəhbərliyi 1915 erməni hadisələrini "soyqırım" olaraq tanıdığını elan edib. Saxta hökumət Türkiyəni hədəf alaraq 1 milyondan çox erməninin öldürüldüyünü iddia edib.
Özünü "Müvəqqəti Liviya Hökuməti" adlandıran çevrilişçi Hafterin saxta hökuməti 1915-ci il hadisələrini 'soyqırım' adlandırıb.
Tobrukda yerləşən Hafterin saxta hökuməti "Liviya hökuməti 100 il əvvəl Türklərin ermənilərə qarşı soyqırım törətdiyini qəbul edib deyə açıqlama verib”.
Qeyd edək ki, çevrilişçi Hafter, yaxın günlərdə Misirin çevrilişçi dövlət başçısı Sisi ilə bir araya gəlib.
Müxalifət.az