ABŞ-ı şoka salan istefa! HEÇ KİM GÖZLƏMİRDİ

Baxış sayı:
2899

 ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haleynin istefa verdiyi bildirilib. Haleyin şok edən qərarını ABŞ prezidenti Donald Trampın təsdiq etdiyi qeyd olunub.
 
İstefa xəbəri yayılan zaman Ağ Evdə olan Nikki Haleyin istefası ilə bağlı “Reuters”-in suallarına rəsmi səviyyədə cavab verilməyib.
Məsələ ilə bağlı Twitter hesabından açıqlama edən Tramp isə, Nikki Haley ilə Ağ Evdə bir açıqlama verəcəklərini söyləyib.
Trampın bu mətbuat açıqlaması ilə istefa xəbərini rəsmi olaraq səsləndirəcəkləri ehtimal edilir.
Müxalifət.az