ABŞ-dan “Venesuela” açıqlaması

Baxış sayı:
8011

 ABŞ vitse-prezidenti Mayk Pens gələn həftənin çərşənbə günü BMT Təhlükəsizlik Şurasında Venesueladakı humanitar vəziyyətə dair sessiyaya qatılacağını açıqlayıb
 
ABŞ-ın BMT TŞ-da dünyaya Maduronun uğursuz rejimini rədd etmək, Venesuela xalqının yanında olmaq və humanitar böhrana son qoymaq üçün yardım çağırışı edəcəyini ifadə edən Pens, Maduro hökumətinə qarşı bütün variantların isə masada olduğunu bildirib.
Qeyd edək ki, BMT TŞ gələn həftə çərşənbə ABŞ-ın tələbi ilə Venesueladakı insanı vəziyyəti müzakirə etmək üçün toplanacaq.
Digər tərəfdən, BMT hesabatına görə, Venesuelada əhalinin təxminən dörddə birini təşkil edən 7 milyon insan humanitar yardıma ehtiyac duyur.
Venesuela prezidenti Nikolas Maduro ölkəsindəki böhrandan ABŞ-ı və tətbiq etdiyi sanksiyaları məsul tutur.
Müxalifət.az