ABŞ-dan qalmaqal PKK və Türkiyə açıqlaması!

Baxış sayı:
14104

ABŞ-ın Xarici İşlər Nazirliyi Suriya Əməliyyatları üzrə müşaviri təqaüddə olan polkovnik Rich Outzen, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu Vaşinqton Ofisi (SEDA DC) tərəfindən təşkil olunan "Suriyada ABŞ-Türkiyə Əməkdaşlığındakı Çətinliklər" mövzulu paneldə çıxış edib.
 
Suriyada Türkiyə-ABŞ əməkdaşlığının uğursuz olmasını heç kimin görmək istəmədiyini bildirən Rich Outzen, ABŞ-ın YPG ilə olan əlaqəsini İŞİD ilə mübarizədə bir vasitə kimi səciyyələndirib.
ABŞ Suriyadan əsgərlərini çəkmək qərarının operativ olduğunu və ABŞ əsgərinin ən başından bəri İŞİD ilə mübarizə üçün orada olduğunu deyən Outzen, Suriyadan çıxacaqlarını, çəkilmənin nə vaxt olacağınınsa, beynəlxalq koalisiyanın ABŞ çəkildikdən sonra nə qədər dəstək verəcəyinə və təhlükəsiz zonanın yaradılması kimi bir çox regional amilə bağlı olduğunu ifadə edib.
Outzen “ABŞ Suriyadan siyasi maraqlar baxımından ayrılmır, sadəcə əsgərlərini çəkir" deyib.
Suriyada Fəratın şərqinin indiki mərhələdə siyasi prosesdəki danışıqların bir hissəsi olmaq məcburiyyətində olmadığını ifadə edən Outzen, ABŞ və Türkiyə arasında "ən böyük münaqişə" kimi səciyyələndirdiyi Fəratın şərqinə münasibətdə bunları qeyd edib: “Ərəblərin sıx olaraq yaşadığı yerlərdə yerli təhlükəsizlik qüvvələri də Ərəb olmalıdır. Bu məsələdə ABŞ və Türkiyə həmfikirdir. Türkiyənin sərhədindəki YPG qüvvələrinə qarşı çox güclü və məntiqli bir etirazı var. Sərhəd bölgəsinin tarixinə, YPG ilə PKK arasındakı əlaqə və PKK-nın illərdir Türkiyəyə qarşı apardığı kampaniyaya baxanda, bu arqumentə bir az rəğbət göstərməyimiz lazımdır. Amma Türkiyənin bu problemi həll etməsi və YPG-ni sərhəddən təmizləməsi üçün birtərəfli böyük bir hərbi əməliyyat başlaması lazımdırmı? Məncə lazım deyil, çünki hər iki tərəfdə də prezidentlərin dilə gətirdiyi və bizim də üzərində işlədiyimiz təhlükəsiz bölgə bu problemin həllidir. Təhlükəsiz bölgənin doğru bir şəkildə həyata keçirilməsini təmin etsək, YPG-ni sərhəddən çıxaracağıq və ağır silahlar da çıxarılmış olacaq.
Suriyanın şimal-şərqində yeni bir xəritə cızmağa çalışmadıqlarını qeyd edən Outzen, sağlam, birləşmiş və demokratik bir Suriya görmək istədiklərini sözlərinə əlavə edib.
Müxalifət.az