ABŞ-dan İrana daha bir sanksiya: Qasım Süleymaninin sosial media hesabını bağladılar

Baxış sayı:
13888

 ABŞ-ın İran ordusunu terror təşkilatları siyahısına almasından sonra sosial paylaşma saytı İnstagram, Qüds Gücü komandanı Qasım Süleymaninin hesabını bağlayıb.
 
Süleymaninin Instagram səhifəsini ziyarət etmək istəyənlər səhifənin bağlanıldığı elanı ilə qarşılaşıblar.
 
ABŞ terror siyahısına aldı
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 8 apreldə İran İnqilab Mühafizəçiləri Ordusunun ABŞ-ın xarici terror təşkilatları siyahısına əlavə olunduğunu bildirmiş, İran Milli Təhlükəsizlik Ali Şurası da buna qarşılıq ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına aldığını açıqlamışdı.
Süleymani ABŞ-ın İnqilab Mühafizəçiləri Ordusunu terror təşkilatı elan etməsi qərarına 9 apreldə İnstagram hesabından yayımladığı keçmiş çıxışlarından toplanan görüntülü mesajla cavab vermişdi.
Müxalifət.az