ABŞ-dan dünyanı sarsıdan açıqlama! ONLARI BOĞACAĞIQ

Baxış sayı:
6112

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, Fox News telekanalında gündəmə dair sualları cavablandırıb.
 
Tramp hakimiyyətinin İran siyasətini dəyərləndirən və bu ölkəyə iradlar yönəldən Haley, deyib:
“İran, Suriyanı məhv etdi, İsrailə təhdid təşkil etdiklərini görürük. İran Yaxın Şərqdə vəkalət müharibələri aparır və bütün bunlar üzündən İran nüvə müqaviləsindən çəkildik. Çünki İrana pul verirdik və bütün bu pis davranışı davam etdirmələrinə icazə verirdik. Sanksiyaları yenidən qaytardıq. Beləliklə, İran neftini hədəf alacağıq və təsirlərini həqiqətən hiss etməyə başlayacaqlar. İran ağrı hiss edir, zəif vəziyyətdədir və ballistik raket problemini müzakirə edənə, terrorizmə verdikləri dəstəyi kəsənə qədər onları boğacağıq".
Suriyada kimyəvi silah istifadə məsələsində rejimi, Rusiya və İranı xəbərdar etdiklərini dilə gətirən Haley, ABŞ prezidenti Donald Trampın kimyəvi silah istifadəsinə görə, iki dəfə cavab verdiyini bildirib.
Nikki Haley, "Bizi təkrar sınamayın, çünki şərtlər onların əleyhinədir" deyə söyləyib.
Tramp rəhbərliyinin, “Fələstin Qurtuluş Təşkilatının” Vaşinqton ofisini bağlamaq qərarına da toxunan Haley, "Danışıqlar masasına gəlmirlərsə, nə üçün Vaşinqtonda ofisləri olsun, nə üçün Fələstinliləri maliyyələşdirməyə davam edək? Amma bu bizim sülh planı üzərində işimizə mane olmayacaq. Yol qət edirik və masaya gəlmələrinə ümid edirik" deyə, bildirib.
Müxalifət.az