“ABŞ-da yüz minlərlə saxta səs aşkarlanıb” - TRAMP YENİ AÇIQLAMA YAYDI

Baxış sayı:
1249

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığı ilə bağlı dəlillərə malik olduğunu deyib.

O, bu barədə "Twitter" hesabında yazıb.

D.Tramp təəccüblə soruşub: "Tərəfdaşlarım yüz minlərlə saxta səs tapdıqları zaman Co Bayden niyə bu qədər sürətlə hökumət yaradır?".

Trampın sözlərinə görə, saxtakarlıqla bağlı mövcud məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayətdir.

Eyni zamanda, Tramp ümid edir ki, məhkəmələr və qanunverici orqanlar seçkilərin və ABŞ-ın özünün dürüstlüyünü qorumaq üçün lazım olanı edə bilər.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Ölkə mediası Co Baydenin qələbə qazandığını yazır. Artıq bir neçə ölkə lideri onu qələbə münasibətilə təbrik edib./Virtualaz.org