ABŞ-da təyyarə məktəb meydanına düşdü

Baxış sayı:
9112

ABŞ-ın Konnektikut ştatının Meriden şəhərində yüngül mühərrikli “Piper PA-28” təyyarəsinin məktəbin beysbol meydanına düşməsi nəticəsində göyərtədə olan 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Bu barədə “WTIC-TV” telekanalı şəhər polisinin nümayəndəsi Kristofer Fraya istinadən məlumat yayıb. 
Qeyd olunur ki, insident, tən axşam pilot məktəbin yaxınlığındakı yay sahəsində manevr edərkən baş verib. Polisin sözlərinə görə, eniş zamanı pilot təyyarəni elektrik məftillərinə ilişdirib və idarəetməni itirərək beysbol meydanına düşüb. 
Qəza nəticəsində şəhərin 13 min sakini işıqsız qalıb, məktəbdə tədris müvəqqəti ləğv edilib./Azvision