​AB demokratiyanın təşviqi üçün maliyyəni artırır

Baxış sayı:
8926

Avropa Birliyi 2020-ci ildə demokratiyanın təşviqi proqramı üçün xərcləri artırmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
AB bu təşəbbüslərin maliyyələşdirilməsini 1,120 milyard avrodan 1,335 milyard avroya qədər artırmağı planlaşdırıb.
Bu pulların demokratiyanın təşviqi ilə bərabər, üçüncü ölkələrin parlament potensiallarının gücləndirilməsinə yönəldiləcəyi də bildirilib.
Vəsaitin bir qismi isə bəzi ölkələrdə gənc siyasi liderlərin hazırlanması proqramlarına ayrılacaq.