70-dən çox İŞİD döyüşçüsü məhv edildi

Baxış sayı:
1381

Əfqanıstanın Nanqarhar əyalətində İŞİD terror qruplaşmasına bağlı 70-dən çox döyüşçü xüsusi əməliyyatın gedişatında məhv edilib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Khaama Press” agentliyi bildirib.

Əməliyyat nəticəsində həmçinin, terrorçulara aid silah anbarı məhv edilib. Qeyd edilir ki, bu əyalətdə təhlükəsizlik səviyyəsi son zamanlar xeyli aşağı düşüb, çünki terrorçular nəzarət altında olan əraziləri genişləndirməyə çalışırlar.