57 saniyəyə dünya çempionu olan idmançımızdan KÖVRƏLDƏN JEST - VİDEO

Baxış sayı:
9214

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra etdiyi açıqlama ilə kövrəldib.

Muxalifet.az xəbər verir ki, final görüşünü cəmi 57 saniyəyə qalib gələn yunan-Roma güləşçimiz, qələbədən sonra təəssüratlarını bölüşərkən ona ünvanlanan "Qızıl medalı kimə həsr edirsən" sualına qəhərlənərək cavab vermək məcburiyyətində qalıb.

Eldəniz qələbəsini 5 ay (13.06.2018) öncə qəfil beyninə qan sızmasından dünyasını dəyişən mərhum azərbaycanlı jurnalist Akif Şahverdiyevə həsr etdiyini bildirib.

Qeyd edək ki, mətbuatda imzası ilə kifayət qədər məşhur olan mərhum jurnalist, Eldənizin qayınatasıdır./milli.az/

Bu da dünya çempionumuzun brifinq zamanı sözügedən açıqlaması: