4 nəfər tüstüdən zəhərlənib, 13 nəfərə yardım göstərilib - RƏSMİ

Baxış sayı:
1510

Bu gün baş verən yanğında bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Muxalifet.az-a daxil olan məlumatda deyilir: "Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".