"20 yaşdan aşağı olanlar ölüm daşıyıcılarıdır" - PROFESSOR

Baxış sayı:
1897

“Hazırda əlimizdə normal vaksin yoxdur. Əgər olsa belə onun nə qədər effektli olacağı barədə nəsə deyə bilmərik”.

Bu fikirləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, virusa qarşı antitellər 4-6 ay olur və sonra aşağı düşür: “Səhiyyə sistemimiz vaksinləri araşdırır. Əlimizdə ancaq COVID-19 ortaya çıxandan bu yana maska, sosial məsafə və gigiyenik qaydalara əməl edilməsi tələbləri var. Odur ki, bu qaydalara ciddi əməl etmək lazımdır. Müharibə şəraiti olduğundan bu qaydalara əməl edilmədi, COVID ikinci sıraya keçdi və xəstəlik, eləcə də ölü sayı artdı”.

A.Allahverdiyev bildirib ki, xəstəliyin daşıyıcıları 20 yaşına kimi olanlardır: “Xəbəri olmadan evindəki yaşlı insanları xəstələndirir. Yaşı az olanlar ölüm daşıyıcılarıdır və ətrafa ölüm saçırlar”./report