Zəngilan istiqamətində vurulan düşmən döyüş təyyarəsi - VİDEO

Baxış sayı:
1645

Xəbər verildiyi kimi ötən gün noyabrın 1-də düşmən qüvvələri Ermənistan istiqamətindən Zəngilan rayonunun ordumuzun nəzarətində olan ərazilərinə hücum cəhdi edib. Düşmən hücuma hazırlaşaraq əvvəlcə minaatanlar və toplardan artilleriya hazırlığı aparıb, bu vaxt onların mövqeləri ordumuz tərəfindən aşkar edilib. Nəticədə düşmən hücuma keçməyə imkan tapmadan 30-dan çox canlı qüvvə itirərək geri çəkilib. Bu vaxt Ermənistan HHQ-nin düşmən bölmələrinə hava dəstəyi verməyə çalışan Su-25 hücum təyyarəsi də vurulub.

Virtualaz.org xəbər verir ki, Telegram sosial şəbəkəsində həmin təyyarənin düşdüyü ərazinin videokadrları yayılıb. Kadrlara əsasən təyyarə təpənin üstünə düşüb və yanaraq məhv olur. İki düşmən əsgəri təyyarənin qalıqlarına tərəf qaçır və onların danışdıqlarından pilotun paraşütlə atıldığını başa düşmək olur...

video: https://twitter.com/AsbGhost5/status/1323239797939408897?s=20