Zelenskiydən Putinə təklif: “Gəl Krım və Donbası müzakirə edək”

Baxış sayı:
2839

Ukraynanın dövlət başçısı Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Belarusun paytaxtı Minskdə Krım və Donbası müzakirə etməyə dəvət edib.
 
Zelenski soysal mediadan etdiyi açıqlamada, Ukraynanın diplomatik formatları rədd etmədiyini vurğulayıb.
Putini Krım və Donbası müzakirə etməyə çağıran Zelenski, "Rusiyanın dövlət başçısı Vladimir Putinə səslənmək istəyirəm. Danışmamız lazımdırmı? Lazımdır. Krımın kimin olduğunu və Donbasda kimin olduğunu danışaq" deyib.
Zelenski "Danışmaq üçün bu adları təklif edirəm: Mən, siz (Putin), ABŞ prezidenti Donald Tramp, İngiltərənin baş naziri Teresa Mey, Almaniyanın baş naziri Angela Merkel, Fransanın prezidenti Emmanuel Makron. Belarusun prezidenti Aleksandr Lukaşenkonun bizi məmnuniyyətlə qəbul edəcəyini düşünürəm" deyə açıqlama verib.
Kremlin sözçüsü Dmitriy Peskov da jurnalistlərə etdiyi açıqlamada, Zelenskinin təklifini diqqətə alacağını ifadə edərək "Necə bir görüşmə formatı olduğunu və nəticələrini anlamaq lazımdır" deyib.
Müxalifət.az